Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya Türkiyədəki İncirlik hərbi bazasına 550 hərbçi göndərəcək

Almaniya Türkiyədəki İncirlik hərbi bazasına 550 hərbçi göndərəcək

Date: 3 December 2015 16:02

Bakı. 3 dekabr. REPORT.AZ/ Almaniya Türkiyədəki İncirlik hərbi bazasına 550 hərbçi göndərəcək. 
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, bir müddət öncə Fransa və Almaniya hökümətləri Türkiyənin cənubunda yerləşən NATO-nun "İncirlik" hərbi bazasından istifadə etmək məqsədi ilə Ankaraya rəsmi müraciət ünvanlayıb. Bu gün Almaniyanın müdafiə naziri Ursula Von Der Leyen Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, Almaniya hökuməti Silahlı Qüvvələrinin Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə iştirakına dair qərar qəbul edib. Parlament bu qərarı təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.
Xatırladaq ki, hazırda Türkiyənin İncirlik hərbi bazasında ABŞ-ın q200 hərbçisi var.

Tags:  Almaniya Türkiyədəki İncirlik hərbi bazasına 550 hərbçi göndərəcək

RƏYLƏR


Top news