"Övladımın adını çəkəni həyatımdan silərəm"

"Övladımın adını çəkəni həyatımdan silərəm"
16:06 3 Dekabr 2015
115 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Təranə Səmədova son günlər başına gələn qalmaqallı hadisələrdən danışıb.

Axşam.az-a açıqlama verən prodüser bir neçə gün əvvəl sərxoş halda saxlanılmasından bəhs edib:

"Yaxın dostumun məclisində idim. İçki içmişdim, söz-söhbət yarandı. Məclisdən əsəbi halda, tələsik çıxdım. Çox nadir hallarda spirtli içki qəbul edirəm. Hər dəfə də "Ayıq sürücü" xidmətinə müraciət edirəm. Bu dəfə elə imkanım olmadı. Nəticədə polis tərəfindən saxlanıldım. Aqressiv reaksiya verdim. Bu davranışıma görə mənə həbs vermək istəyirdilər. 15 gündən 45 günə qədər həbs oluna, 6 aydan 1 ilə qədər isə sürücülük vəsiqəmdən məhrum edilə bilərdim.

Xanım və tanınmış olduğuma görə mənə hörmət etdilər. Yüksək məbləğdə cərimə ödəyib canımı qurtardım. Bu hadisədən anam çox sarsıldı. Onunla zarafat edirdim ki, “Nə qədər məşhur var ki, xəbərlərə düşmək istəyir. Hər adamın işi deyil ki, xəbərlərdə adı hallansın”.

Bəzi insanlar qızıma pis örnək olduğumu yazdı. Övladımın adını hallandıranları həyatımdan silərəm. Hər valideyn uşağı üçün bir ocaqdır, müqəddəsdir. Mənim qızım nəyi örnək götürmək lazım gəldiyini gözəl anlayır”.

T.Səmədova bu hadisədən sonra bəzi düşmənlərinin dost olduğunu deyib:

"Bu hadisədən sonra dostumu da, düşmənimi də yaxşı tanıdım. Elə düşmən bildiyim insanlarla dost oldum ki...".
 
T.Səmədova adının qadın alverində hallanması məsələsinə də aydınlıq gətirib:

“Belə hadisələrlə heç bir əlaqəm olmayıb, ola da bilməz”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR