Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Dindarın əlində qumbara, avtomat olmaz" - MM-in komitə sədri

“Dindarın əlində qumbara, avtomat olmaz" - MM-in komitə sədri

Date: 3 December 2015 16:09

“Dindarın əlində heç vaxt qumbara, avtomat olmaz. Aydın məsələdir ki, burda din pərdəsi altında Azərbaycanda terror həyata keçirmək istəyirdilər”.

 

APA-nın xəbərinə görə, bunuMilli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədriSiyavuş Novruzov deyib.

 

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda dinlə bağlı heç bir problem yoxdur: “Nardaran hadisələrindən bir neçə gün əvvəl İSESKO-nun ən böyük tədbiri Azərbaycanda keçirildi. Bütün islam dövlətlərinin tanınmış nümayəndələri həmin tədbirdə iştirak edirdilər. Bu gün böyük dini tədbirlər məhz Azərbaycanda keçirilir. Bu Azərbaycanda dinə, İslam dininə olan diqqətin bariz nümunəsidir”.  

 

S. Novruzov qeyd edib ki, bəzi şəxslər Azərbaycanın dövlət quruluşuna ziyan vurmağa çalışırlar: “Bizim prezidentimiz, şeyximiz bütün çıxışlarında bildirirlər ki, islamın terrorla əlaqəsi yoxdur. Hər bir terror təşkilatının öz adı var. İslam dini terroru qadağan edir. Bu “Qurani-Kərim”də də göstərilib.

 

Artıq qanunvericiliyə dəyişiklik edilib. Əgər bir valideyn övladını məktəbə göndərməyəcəksə, cərimə ödəməli olacaq. Peyğəmbərimiz buyurub ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Əgər peyğəmbər yolu ilə gedirsənsə, bəs niyə övladını məktəbə yollamırsan? Təhsili olmayan insanı da istənilən yola çəkmək mümkündür”.


Tags:  Dindarın əlində qumbara avtomat olmaz MM-in komitə sədri

RƏYLƏR


Top news