Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tovuzda 1000 yaşlı nəhəng... (FOTO)

Tovuzda 1000 yaşlı nəhəng... (FOTO)

Date: 3 December 2015 16:13

Bakı. Trend:

Bal ağac, beşbarmaq çinar, ən böyük mayak və sair. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, sakinlərin müxtəlif adlarla adlandırdığı nəhəng ağac Tovuzun Qovlar qəsəbəsində təxminən min il öncə əkilib.

Qonşu rayonların ərazisindən də rahat görünən çinar Birinci Dünya müharibəsi illərində mayak rolunu oynayıb. Rus qoşunları təbiət incisinin üzərinə bayraq asaraq ərazini müəyyən etməkdə çətinlik çəkmirmiş.

İllərdir qorunub saxlanan nəhəng ağacın 10 əsrlik tarixə malik olduğunu 40 il öncə rus botaniklər müəyyənləşdirib. Təbiət canlısından götürülən nümunələr alimləri heyrətləndirib.

Ağacın hündürlüyü 100, gövdəsinin eni isə 20 metrdən çoxdur. Pöhrələri xeyli ərazini əhatə etdiyinə görə Xan çinar üçün 16 sot torpaq sahəsi ayrılıb, ətrafı hasarlanıb. Maraqlı məqam ondan ibarətdir ki, nəhəng çinar fəslə uyğun rəngini dəyişir. Yerli sakinlər bunu ağacın müxtəlif hissələrində bal arılarının məskən salıb məhsul verməsi ilə əlaqələndirirlər.

Yayda iri yarpaqları ilə ətrafa kölgə salan ağac sözün həqiqi mənasında yaxınlığındakılara yayın istisini hiss etdirmir. Qocaman çinarın uzunömürlülüyünün səbəbi hələ də sirr olaraq qalır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Tovuzda 1000 yaşlı nəhəng FOTO

RƏYLƏR


Top news