Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Respublika Əlillərin Bərpa Mərkəzində Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Respublika Əlillərin Bərpa Mərkəzində Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Date: 3 December 2015 16:13

Bakı. Trend:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Respublika Əlillərin Bərpa Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm bir istiqamətinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısı həmin insanların rifah halının yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası məqsədilə aparılan işlərin ilbəil güclənməsi ilə müşaiyət olunur. Əlilliyi olan şəxslərə ödənilən sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər həyata keçirilir.

Nazirliyin əlilliyi olan şəxslər üçün 14 bərpa-müalicə müəssisəsində hər il 8 minədək müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilir. Son illərdə həmin müəssisələrin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır. Cari ilin sentyabr ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün bərpa müalicəsi sahəsində ən yüksək standartlara cavab verən bir müəssisədir. Burada əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə səmərəli tibbi-fizioterapevtik üsulların həyata keçirilməsi üçün ən müasir tələblər səviyyəsində şərait yaradılıb.

Bərpa mərkəzində müalicə alan əlilliyi olan şəxslər ürək sözlərini ifadə edərək, bu gün Azərbaycan dövlətinin hər bir əlil vətəndaşının qayğısına qalmasından, bu təbəqədən olan insanların həyat səviyyələrinin yaxşılaşdırılması üçün görülən işlərdən razılıqlarını bildiriblər. Onlar bütün sahələrdə qayğı ilə təmin olunmalarına, eyni zamanda əlilliyi olan şəxslər üçün müasir və səmərəli reabilitasiya sisteminin qurulmasına görə Prezident cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Respublika Əlillərin Bərpa Mərkəzində Beynəlxalq Əlillər günü əlaqədar tədbir keçirilib FOTO

RƏYLƏR


Top news