Azərbaycan XİN başçısı: "Həll olunmamış münaqişələr Avropa qitəsi üçün əsas təhlükə olaraq qalır"

Azərbaycan XİN başçısı: "Həll olunmamış münaqişələr Avropa qitəsi üçün əsas təhlükə olaraq qalır"
16:22 3 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Həll olunmamış münaqişələr Avropa qitəsi üçün əsas təhlükə və çağırış olaraq qalır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclasında deyib.
E.Məmmədyarov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının beynəlxalq hüquq pozuntusu olduğunu qeyd etməklə bərabər, Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutduğunu xüsusi vurğulayıb.
"Ermənistan yalnız prosesdə iştirakını təqlid edir", - nazir bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/azerbaycan-xi-n-bascisi-hell-olunmamis-munaqiseler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR