Prezident İlham Əliyevlə Əhməd Davudoğlunun təkbətək görüşü olub

Prezident İlham Əliyevlə Əhməd Davudoğlunun təkbətək görüşü olub
16:22 3 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub. 
"Report" xəbər verir ki, görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. 
Əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/prezidenti-i-lham-eliyevle-ehmed-davudoglunun-tekbetek-gorusu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR