Rusiya Prezidenti Federal Məclisə illik müraciətlə çıxış edib

Rusiya Prezidenti Federal Məclisə illik müraciətlə çıxış edib
16:23 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Federal Məclsinə illik müraciətlə çıxış edib. Rusiyanın növbəti il üçün inkişaf istiqamətlərini müəyyənləşdirən müraciətdə təhsil, səhiyyə, demoqrafik vəziyyət, kənd təsərrüfatı, ədliyyə və digər sahələrdə nailiyyətlərə və problemlərə toxunulub.
Terrorizmlə mübarizə sahəsində vahid cəbhədən çıxış olunmasının vacibliyini vurğulayan Prezident V.Putin beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərəcək antiterror cəbhəsi yaratmağı təklif edib.
Türkiyə ilə Rusiya arasında münaqişədən danışan Prezident V.Putin eyni zamanda qeyd edib ki, “türk xalqı xeyirxah, əməksevər və istedadlı xalqdır”, Rusiyanın Türkiyədə etibarlı dostları var.
Rusiya Prezidenti ölkənin silahlı qüvvələrinin, xüsusi xidmət idarələrinin, hüquq mühafizə orqanlarının terrorizmlə mübarizəyə səfərbər olunduqlarını vurğulayıb.
Ölkənin federasiyaya daxil olan bütün xalqların azad inkişafı, mədəniyyətlərin və ənənələrin müxtəlifliyi, qarşılıqlı hörmət, bütün dinlərin nümayəndələrinin dialoqu ilə güclü olduğunu deyən Rusiya dövlətinin başçısı ekstremizm və ksenofobiya ilə mübarizənin vacibliyindən, eləcə də dinlərarası və millətlərarası razılığın qorunub saxlanmasından danışıb.
Prezident V.Putin ölkə hökumətinə biznesin inkişafına kömək etməyi, vergi və gömrük ödəmələrinin vahud mexanizmini yaratmağı və iyunun 1-dək biznesə nəzarət edən orqanların sayının azaıldılması üçün təkiliflər hazılamağı tapşırıb. O, həmçinin Baş Prokurorluqdan korrupsiya ilə bağlı siqnallara çevik reaksiya verməyi xahiş edib.
Rusiyada Prezidentin Federal Məclisə müraciəti ilin əsas hadisələrindən sayılır. Ənənəyə görə, Prezident Böyük Kreml sarayının Georgi salonunda müraciətlə çıxış edir. Bu ilki tədbiri 500-dən çox xarici və yerli jurnalist işıqlandırıb.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Prezidenti_Federal_Meclise_illik_muracietle_chixis_edib-907925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR