Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bir səbət tənhalıq” tamaşası İranda nümayiş ediləcək

“Bir səbət tənhalıq” tamaşası İranda nümayiş ediləcək

Date: 3 December 2015 16:28


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2016-cı ilin yanvarında İran İslam Respublikasına qastrola yollanacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsinin dəvətinə əsasən qastrol səfəri çərçivəsində “Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək.
Yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında 2014-cü ildə hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilən tamaşa ötən il Türkiyədə keçirilmiş beynəlxalq teatr festivalında uğurla nümayiş olunaraq mükafata layiq görülüb.





Tags:  səbət tənhalıq tamaşası İranda nümayiş ediləcək


RƏYLƏR


Top news