Qızını və hamilə arvadını öldürəni Facebook-da tapdı - FOTO

Qızını və hamilə arvadını öldürəni Facebook-da tapdı - FOTO
16:32 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ağrı vilayətindəki Doğubayazit rayonunda yaşayan Şakir Güngör noyabrın 17-də faciə yaşayıb. Onun hamilə xanımı Çigdem və 5 yaşındakı qızı Zəhranı mikravtobus vurmuşdu.

Ş.Güngör də həmin mikroavtobusun sürücüsünün fotosunu Facebook-da paylaşmışdı.

Ana ilə qızını mikroavtobusla vurub öldürən, sonra da hadisə yerindən qaçan sürücü Harün Gültekin tapılıb.

Milli.Az DHA-ya istinadən bildirir ki, H.Gültekin Facebook-dakı səhifəsində "O qadının və uşağın ailəsi rahatlansın deyə içəri girəcəyəm. Haqqınızı halal edin" yazıb.

Olay Doğubayazit şəhərinin mərkəzindəki Abdulrezzak Aladağ küçəsində yaşanıb.

Hamilə Çigdem Güngör ilə onun 5 yaşlı qızı yolu keçəndə onları Harün Gültekinin idarə etdiyi 21 SB 107 nömrə nişanlı mikroavtobus vurmuşdu.

Sürücü hadisə yerindən qaçmışdı.

Polis bu sürücünü hər yerdə axtararkən xanımını və qızını itirmiş Şagir Güngör qatilin fotosunu Facebook-da paylaşıb onun axtarışlarına başlamışdı: "Bu adam Uzunyazı kəndindən olan Harun Gültekindir. Onu görən, harada olduğu bilən hər kəs 155-ə zəng vursun. Allah rizası üçün paylaşın".

Harun Güngör ortaya çıxıb və profilində yazıb: "Heç bir şeydən qaçmadım, başıma gələn hər bəlaya sinə gərdim. Haqqımdakı olay çox fərqli izah edilib. İt, çaqqal havanı dumanlı görəndə özünü qurd zənn etdi. Sadəcə, o qadının və uşağın ailəsi rahat olsun deyə, içəri girəcəyəm. Haqqınızı halal edin. Bir gün yenə görüşəcəyik".

Paylaşımdan 30 dəqiqə sonra Gültekin profilini bağlayıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR