Daha bir aviaşirkət Bakıya uçuşları dayandırır (VİDEO)

Daha bir aviaşirkət Bakıya uçuşları dayandırır (VİDEO)
16:36 3 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Avstriyanın Hava Yolları şirkəti “Austrian Airlines” Bakıya uçuşları dayandırır.

ANS TV-nin məlumatına görə, bu barədə “Austrian Airlines”ın Bakı nümayəndəliyindən bildirilib. İndiyədək adı çəkilən şirkət Bakı -Vyana reysləri həyata keçirirdi.

Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır.

Şirkətdən onu da qeyd ediblər ki, Vyanaya reyslər 2016-cı ilin yanvarın 12-dən etibarən dayandırılır. Sərnişinlərə isə alternativ variantlar təklif olunacaq.

Şirkət eyni zamanda yaranmış narahatlığa görə, sərnişinlərindən üzr də istəyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR