Latviya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Latviya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
16:43 3 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Latviyanın Rifah Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə əldə olunmuş mühüm tarixi nailiyyətləri diqqətə çatdırıb. Nazir bununla belə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlamasının ölkəmizin inkişafında ciddi maneə olduğunu vurğulayıb: “Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, respublikamızın iqtisadiyyatına 60 milyard dollardan çox ziyan vurulub, minlərlə infrastruktur obyekti, müəssisələr, milli mədəniyyət abidələri dağıdılıb, əmək ehtiyatları ciddi şəkildə azalıb. Ermənistan BMT-nin qətnamələrinə, ATƏT-in, digər mötəbər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadan bu işğalı davam etdirməkdədir”.
S.Müslümov ölkəmizdə bu işğaldan zərər çəkən əhalinin - qaçqın və məcburi köçkünlərin, ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş insanların etibarlı sosial müdafiəsi sahəsində aparılan işlər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, sosial problemlərin həlli, rifah səviyyəsinin yüksəldilməsi, sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətidir. Bunun real göstəricisi olaraq iqtisadi tərəqqi prosesləri sosial siyasətin də ilbəil güclənməsi ilə müşahidə edilir: “Bu siyasətin daha səmərəli və mütərəqqi iş üsulları əsasında icrasının təmin edilməsi, əmək və sosial müdafiə sisteminin müasir və şəffaf mexanizmlər əsasında qurulması hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların əsas məqsədidir”.
S.Müslümov nazirliyin fəaliyyət sahələri, əmək münasibətlərinin elektron qeydiyyat sisteminin tətbiqi sahəsində ölkəmizdə əldə olunmuş uğurlu təcrübə barədə məlumat verib. Nazir sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron əsaslar üzərində avtomatlaşdırılması işlərindən bəhs edərək, habelə elektron xidmətlərin göstərilməsi, əlilliyin müəyyən olunması meyarlarının beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara toxunub: “Biz digər ölkələrlə olduğu kimi, Latviya ilə ikitərəfli əməkdaşlığımızda da bu sahələrlə bağlı qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılmasına xüsusi önəm veririk”.
Nazir əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi, habelə onların yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim olunması sahəsində aparılan işləri də qeyd edərək, ölkəmizdə dövri olaraq həmin insanların yaradıcılıq sərgilərinin təşkil edildiyini bildirib: “Qarşıdakı dövrdə Azərbaycandakı əlilliyi olan şəxslərin Latviyada və həmin ölkədəki əlilliyi olan şəxslərin Azərbaycanda yaradıcılıq sərgilərinin keçirilməsi bu təbəqədən olan insanların yaradıcılıq nümunələrinin daha geniş məkanda təqdim olunması baxımından əhəmiyyətli olardı. Belə tədbirlər əlilliyi olan insanların yaradıcılıq əzmini daha artırmağa əlavə stimul verə bilər”.
Latviyanın rifah naziri U.Augulis ölkəsində də əmək və sosial müdafiə sistemində mühüm islahatların aparıldığını və müsbət təcrübələrin olduğunu bildirib. O, hər iki nazirlik arasında əməkdaşlığın, eləcə də təcrübə və məlumat mübadilələrinin ümumi işlərdə uğurlu nəticələr üçün yaxşı əsas yaradacağını vurğulayıb. U.Augulis əlilliyi olan şəxslərin yaradıcılıq sərgilərinin qarşılıqlı olaraq Azərbaycanda və Latviyada təşkili ilə bağlı təklifi də müsbət dəyərləndirib.
Görüşdə iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri, ümumi maraq kəsb edən fəaliyyət sahələrində təcrübə və məlumat mübadilələrinin təşkili məsələləri müzakirə edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan nefti bahalaşmaqda davam edir

22 Avqust 2017 09:37

Atəşkəs pozuldu - 134 dəfə

22 Avqust 2017 09:33

Livan ordusu İŞİD liderini ələ keçirdi

22 Avqust 2017 09:33

Abşeronda 26 yaşlı kişi özünü asaraq intihar edib

22 Avqust 2017 09:32

Azərbaycanda dəmir yolunun Atbulaq-Ələt mənzilindəki yol əsaslı təmir olunur

22 Avqust 2017 09:32

Ermənilər iriçaplı pulemyotlardan istifadə edir

22 Avqust 2017 09:29

Kolleclərə qeydiyyat başladı

22 Avqust 2017 09:28

Onurğa sütunu əyri olnalara çarə

22 Avqust 2017 09:25

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.08.2017)

22 Avqust 2017 09:22

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

22 Avqust 2017 09:17

Neft bahalaşdı

22 Avqust 2017 09:13

Birjalarda neft bahalaşdı

22 Avqust 2017 09:09

Lerikdə DƏHŞƏT: ana və qızı diri-diri yandı

22 Avqust 2017 09:03

Lerikdə dəhşətli yanğın: 3 ölü, 1 yaralı

22 Avqust 2017 08:59

"Microsoft" masaüstü "Skype" xidmətinə bir neçə funksiya əlavə etdi

22 Avqust 2017 08:58

Çarpayıda siqaret çəkən goranboylu yandı

22 Avqust 2017 08:48

SOCAR qarşıdakı illərdə təbii qaz hasilatını artırmağı nəzərdə tutur

22 Avqust 2017 08:43

Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Avqust 2017 08:37

Avqustun 22-nə gözlənilən hava proqnozu

22 Avqust 2017 08:23

Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

22 Avqust 2017 08:22

Bakıda gənc oğlanı minik avtomobili vurub

22 Avqust 2017 08:17

İraq Kürdüstanda keçirilən referendumu tanımaqdan imtina edib

22 Avqust 2017 08:07

ABŞ ordusu üçün ilk arktik “nanoəlcək” hazırlanıb

22 Avqust 2017 08:03

Goranboy sakini yanıq xəsarəti aldı

22 Avqust 2017 07:59

Bakıda baş verən qəzada Türkiyə vətəndaşı ağır xəsarət alıb

22 Avqust 2017 07:47

Tramp Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib

22 Avqust 2017 07:37

Təqaüdçüləri aldadan şəxs tutuldu - VİDEO

22 Avqust 2017 07:33

Bu gün futbol üzrə ÇL-in "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək

22 Avqust 2017 07:22

Mazolu bir gündə sağaldan -TƏBİİ ÜSULLAR

22 Avqust 2017 07:03

"Qarabağ" Danimarkadadır

22 Avqust 2017 06:44

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: xəsarət alan var

22 Avqust 2017 06:42

Kapitan üçün əlamətdar tur - Rəşad Sadıqov 300-ə çatdı

22 Avqust 2017 06:33

ABŞ-da məhkəmə hakimi cinayətkarı güllələyib

22 Avqust 2017 06:22

DİQQƏTLİ OLUN! - Hesabınız oğurlana bilər

22 Avqust 2017 06:03

Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb

22 Avqust 2017 05:52

Səfir: İraq 2 ay ərzində tamamilə İŞİD-dən azad olunacaq

22 Avqust 2017 05:37

Tramp xanımı və oğlu ilə birgə Günəş tutulmasını izlədi

22 Avqust 2017 05:33

88 yaşında internet fenomeni oldu - FOTOLAR

22 Avqust 2017 05:03

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb

22 Avqust 2017 04:52

Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var

22 Avqust 2017 04:47

Türkiyə HHQ 4 terrorçunu məhv etdi

22 Avqust 2017 04:33

Türkiyədə zəlzələ olub

22 Avqust 2017 04:27

Sənəti ilə dünyaya səs saldı - FOTOLAR

22 Avqust 2017 04:08

Fox News: Tramp Əfqanıstana 4 min hərbçi göndərəcək

22 Avqust 2017 03:44

İraqın Tall-Afar şəhərini 40 min sakin TƏRK ETDİ

22 Avqust 2017 03:33

Tramp Əfqanıstana daha 4000 əsgər göndərəcək

22 Avqust 2017 03:27

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" - İnyesta

22 Avqust 2017 03:03

"Azərbaycan muğamını öyrənirəm" - Ruslana

22 Avqust 2017 02:28

UEFA-dan Cüneyt Çakıra təyinat

22 Avqust 2017 02:16

Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə izləyib

22 Avqust 2017 02:12