Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azay Quliyev: "İŞİD-i birdəfəlik yox etmək üçün koalisiya yaradılmalıdır"

Azay Quliyev: "İŞİD-i birdəfəlik yox etmək üçün koalisiya yaradılmalıdır"

Date: 3 December 2015 16:49

"Bu yaxınlarda Parisdə terror aktları nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı vermək istəyirəm. Həmçinin, bu terror aktlarını, eləcə də, son iki ayda Türkiyədə, Misirdə, Livanda və digər ölkələrdə oxşar faciə törədənləri qəti şəkildə pisləyirəm".

Lent.az-ın məlumatına görə, bunu Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclasında çıxışı zamanı ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, indiyədək Avropa ölkələri Suriya qaçqınlarına o qədər də tolerant münasibət göstərməyiblər: "BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının hesabatına görə, Suriya böhranı başlayandan bəri Avropa Birliyi təqribən 700 min qaçqın qəbul edib. Azərbaycan bunun ağır yük olduğunu öz təcrübəsindən yaxşı bilir. 20 ildən çoxdur ki, Ermənistanın təcavüzü nəticəsində öz evlərindən qovulmuş 1,2 milyon qaçqın və məcburi köçkünə Azərbaycan qucaq açıb". 

A. Quliyev qeyd edib ki, Suriya böhranını tamamilə aradan qaldırmaq üçün ilk növbədə bunun arxasında duran səbəbləri həll etməliyik: "İŞİD təkcə region deyil, həmçinin dünyanın təhlükəsizliyi və inkişafı üçün başlıca təhdiddir. Terror aktları göstərdi ki, dünyada heç bir ölkə terrordan sığortalanmayıb. Terrorla mübarizə aparmaq tək bir ölkənin məsuliyyəti deyil, bu hamımızın ortaq problemidir. Ona görə də İŞİD-ə qarşı bütün ölkələr birləşməli və vahid Beynəlxalq Koalisiya halında mübarizə aparmalıdır. Fikrimcə, İŞİD-i birdəfəlik yox etmək və Suriya, İraqda sülhü və əmin-amanlığı bərqərar etmək üçün vahid koalisiyanın yaradılması vacibdir".

Onun sözlərinə görə, ATƏT PA bu böhranın həllində yaxından iştirak etməli və öz töhfəsini verməlidir: "Bu baxımdan ATƏT PA-nın prezidenti Kanervaya təklif edərdim ki, Suriyadakı humanitar vəziyyət və təhlükəsizlik, eləcə də, miqrant və qaçqın problemlərinin barədə müntəzəm hesabatlar verməsi üçün ATƏT PA Suriya üzrə xüsusi nümayəndə təyin etsin".

 


Tags:  Azay Quliyev İŞİD-i birdəfəlik yox etmək koalisiya yaradılmalıdır

RƏYLƏR


Top news