"Nargis Fund" Sizi 1-31 dekabr tarixlərində "Soyuq Əllər, İsti Ürək" Yeni il xeyriyyə yarmarkasına dəvət edir!

"Nargis Fund" Sizi 1-31 dekabr tarixlərində "Soyuq Əllər, İsti Ürək" Yeni il xeyriyyə yarmarkasına dəvət edir!
16:52 3 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

"Nargis Fund" Sizi 1-31 dekabr tarixlərində "Soyuq Əllər, İsti Ürək" Yeni il xeyriyyə yarmarkasına dəvət edir!

Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə "Soyuq Əllər, İsti Ürək - Mələklər" adlı xeyriyyə yarmarkası davam edir.

4 dekabr tarixində saat 11.00-dan 13.00-dək yarmarkada 12 saylı internat evinin uşaqları üçün maraqlı gün təşkil olunacaq.

Uşaqları DJ С-nin musiqi müşayiəti ilə aparıcı könüllülər Səbinə və Tural, eləcə də animator kuklalar qarşılayacaqlar (11.00-11.15). Kiçik qonaqlarımızı şou-men Kamran Razmovarın (11.15-12.00), sehrbaz Rasimin (12.00-12.15), Bizon robotlarının (12.15-12.30) iştirakı ilə maraqlı şou - proqram gözləyir. Onlar həm də karuseldə əylənəcəklər (12.40-13.00). Ardınca uşaqları "Nargis Fund" tərəfindən nahar gözləyir (13.00-14.00). Nahardan sonra və ya əyləncə zamanı uşaqlar feys-art üçün Aynur xanıma müraciət edə bilərlər.

Ənənəyə uyğun olaraq, "Nargis Fund"-un təşkilatçılığı və "Amapola Exclusive Events"-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR