Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni test tapşırığı nümunələri müzakirə olunur

Yeni test tapşırığı nümunələri müzakirə olunur

Date: 3 December 2015 16:53


Bakı, 3 dekabr, AZƏRTAC
Fizika fənni üzrə seminarda birinci ixtisas qrupu üzrə yeni test tapşırığı nümunələrinin elmi-metodik baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, seminarda test tapşırığı nümunələri mövzu, nominasiya və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.
Birinci ixtisas qrupu üzrə yeni test tapşırığı nümunələrinin müzakirəsi başa çatıb. Yeni test modeli 2016-cı ildə “Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.
Dekabrın 9-da dördüncü ixtisas qrupu üzrə yeni test tapşırığı nümunələri müzakirə ediləcək.


Tags:  Yeni test tapşırığı nümunələri müzakirə olunur



RƏYLƏR


Top news