Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycana qar yağır - FOTO

Azərbaycana qar yağır - FOTO

Date: 3 December 2015 16:57

Ötən bir ayda bölgədə hökm sürən sabit hava şəraiti bu gün günortadan etibarən dəyişib. Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Qax, Zaqatala, Şəkiyə sulu qar, bəzi yerlərdə isə qar yağmağa başlayıb. Daha çox Qaxa qar düşüb. Rayonun dağ kəndləri olan İlisu və Sarıbaş kəndləri ağ örpəyə bürünüb. İlisuya gedən avtomobil yolunu qar örtsə də, kəndə gediş-gəliş məhdudlaşmayıb. Hazırda İlisuda qarın qalınlığı 10, Sarıbaşda 20 sm-ə çatıb.

Zaqatalaya da bu gün səhərdən yağan yağış günortadan sonra qara çevrilib. Qarın yağması ilə əlaqədar rayonda çətinlik yaşanmayıb, qaz, elektrik verilişində, yollarda nəqliyyatın hərəkətində hər hansı problem qeydə alınmayıb.

Şəkidə də hazırda qarın yağması davam edir. Qarın yağması ilə əlaqədar temperatur aşağı düşüb. Dekabrın 4-də, yəni sabah da dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Çoxillik statistik meteorоloji məlumatların təhlilinə görə, Cənubi Qafqaz regionunda, eyni zamanda Azərbaycanda bu qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturların iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər yüksək olacağı gözlənilir. Qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə normadan aşağı enəcəyi ehtimal olunur. Dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə normadan bir qədər yüksək olacağı gözlənilir.

Milli.Az

Foto: Qafqazinfo.az












Tags:  Azərbaycana qar yağır FOTO


RƏYLƏR


Top news