Votsapla pul oğurlana bilər?

Votsapla pul oğurlana bilər?
16:57 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bank kartlarından pul vəsaitlərinin oğurlanmasının yeni vasitəsi icad olunub.

Milli.Az atv.az-a istinadən xəbər verir ki, bu, populyar "Votsap" messenceri vasitəsilə həyata keçirilir. Sinqapur Banklar Assosiasiyasının mütəxəssisləri bildirib ki, smartfon istifadəçilərinin telefonuna "Votsap" əlavəsinin yenilənməsi barədə məlumat altında gizlənən virus daxil olur. İstifadəçi əlavənin yenilənməsinə razılıq verdikdə, ondan şəxsi məlumatları, xüsusilə də bank hesablarının daxil edilməsi xahiş olunur.

Bu məlumat virusunu smartfon istifadəçisinə onun vəsaitlərinə daxil olmaq imkanları olan kiber-fırıldaqçılar göndərir. Bundan başqa, bu virus vasitəsilə cinayətkarlar internetdə alış-veriş edərkən bankların öz müştərilərinə göndərdiyi SMS məlumatları ələ keçirməyə nail olurlar. Bu virus "Android" əməliyyat sistemli telefonlarda artır. Bunun üçün də "Android" mobil telefon istifadəçiləri olduqca sayıq olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR