ÜST: Hər il dünyada 120 min uşaq "çirklənmiş qida"dan ölür

ÜST: Hər il dünyada 120 min uşaq "çirklənmiş qida"dan ölür
17:02 3 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Hər il dünyada "çirklənmiş qidalar"ın səbəb olduğu xəstəliklərdən 420 min insan ölür. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, ölənlərdən 125 mini uşaqlardır: "Ölənlərin 9 faizi 5 yaşa qədər uşaqlardır. Kimyəvi maddələr, bakteriya, virus, parazit və toksigen maddələrlə çirklənən qidaların istehlak edilməsi nəticəsində hər il 600 milyon insan xəstələnir. Bu da dünyada hər 10 nəfərdən birinin "çirklənmiş qida" istehlakı səbəbindən xəstələnməsi deməkdir".
Hesabatda həmçinin "çirklənmiş qida" qəbulu zamanı hər il 550 milyon insanda ishal hallarının baş verməsi də yer alıb. Nəticədə 230 min nəfər bu səbəbdən ölüb: "Ölənlərin 96 mini isə uşaqlardır. Qida mənşəli xəstəliklər və ölüm halları əsasən Afrika və Cənub-Şərqi Asiyada müşahidə olunur".

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/ust-her-il-120-min-usaq-cirklenmis-qida-dan-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR