​Xəzərin sahilində Azərbaycan üçün xarakterik olmayan heyvanlar peyda olub

​Xəzərin sahilində Azərbaycan üçün xarakterik olmayan heyvanlar peyda olub
17:12 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Xəzər dənizin sahilində Azərbaycan üçün xarakterik olmayan heyvanlar peyda olub. "Report"un məlumata görə, bu gəmiricilərə Xaçmaz rayonun Qaraqurdu kəndində rast gəlinib.
Kənd sakini Cavid Məmmədovun şəxsi təssərrüfatına ziyan verən bu gəmiriciləri görəndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyini (ETSN) 5 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinə müraciət edib.
5 saylı ekologiya və təbii sərvətlər şöbəsinin baş yegiri Qurban Hüseynov "Report"a bildirib ki, bu heyvanlar nutriyadır: "Nutriyaların Azərbaycan ərazilərinə gəlməsinin səbəbi Xəzərdə suyun azalması və suda qida çatışmazlığı ilə bağlıdır. Bu heyvanların əti insan orqanizmi üçün xeyirlidir. Dərisinin qiyməti isə 250-500 manat arasında dəyişir".
Baş yegir deyib ki, bu heyvanlar Tulyaremiya və Paratif törədicilərinin təbii daşıyıcılarıdır:" Şimali Amerikada su hövzələrinin və bataqlıqların sahilində yaşayır. Avropaya bir neçə dəfə gətiriliv və bütün Avrasiyaya, hətta Subarktikaya da yayılıb. Çay subasarları vasitəsilə Kiçik və Ön Asiyaya, Monqolustana, Çinə və Koreyaya qədər gedib çıxıb. Yuva qazır, yaxud yediyi su bitkilərinin qalıqlarından, gövdə, budaq, yarpaq və köklərindən daxmacıq düzəldir. İldə 1-dən 3-4 dəfəyədək balalayır. Mühüm ov obyektidir".









Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/xezerin-sahilinde-xarakterik-olmayan-heyvan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR