Azərbaycan çempionatının başa çatmasına 2 tur qalıb

Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan Çempionatının (birinci dəstə) başa çatmasına 2 tur qalıb.

7-ci turda Rəşad Zeynallı - Elvin Bayramov qarşılaşması 1-ci tərəfin xeyrinə başa çatıb. Əhməd Əhmədzadə isə Ramil Cavadov üzərində qələbə qazanıb. Məhəmməd İsmayılov və Cahangir Niftəliyev sülh bağlayıb. Bu turda digər heç-heçə ilə nəticələnən oyunlar Kənan Qarayev və Nərmin Söyünlü, Mirmusa Feyziyev və Elnur Mehtiyev arasında qeydə alınıb. Andrey Mustafin Çingiz Rzayevi, Fariz Əhmədov isə Fərid Mustafayevi məğlub edib. Fərid Aslanov qara fiqurlarla Zeynal Eyyubov üzərində qələbə qazanıb. Telman Feyzullayev isə Ramis Bağırovu məğlub etməyə müvəffəq olub.

Beləliklə, 7 turdan sonra Əhməd ƏhmədzadəRəşad Zeynallı hərəyə 5 xal toplayaraq liderlik edirlər. Elvin Bayramov, Ramil Cavadov və Andrey Mustafin 4.5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər. Çingiz Rzayev, Cahagir Niftəliyev, Fariz Əhmədov və Məhəmməd İsmayılov 4 xal toplayaraq ilk onluqda qərarlaşıblar.

Çempionatda I-III yerləri tutan şahmatçılar 2016-cı il Azərbaycan Çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanacaqlar.

Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və dekabrın 5-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR