Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"LUKOYL"un İrana qayıtması üçün danışıqlar başlayıb

Date: 3 December 2015 17:17

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov Vyanada İranın neft naziri Bijən Zəngənə ilə görüşüb. 
Görüşdə "LUKOYL"un Anaran geoloji - kəşfiyyat yatağına qayıtması məsələsi müzakirə olunub: ""Anaran" yatağı da daxil olmaqla bir sıra məsələləri müzakirə etdik. Bu gün biz bir sıra təkliflər irəli sürdük.  Bizim İranın körfəzə bitişik şimal hissəsi də daxil olmaqla həmin yataqda işləməklə bağlı imzalanmış memorandumumuz var".
Qeyd edək ki, İrana tətbiq edilən beynəlxalq sanksiyalara görə "LUKOYL" 2007-ci ildə "Anaran" layihəsindən çıxmışdı.
İranın atom problemi ilə bağlı razılaşma əldə edildikdən sonra Rusiya şirkəti İranın neft-qaz layihələrinə marağını saxladığını bəyan etmişdi. 

Tags:  LUKOYLun İrana qayıtması danışıqlar başlayıb

RƏYLƏR


Top news