Araz Abdullayev: "Meydana çox istəkli çıxmışdım" (VİDEO)

“Neftçi”nin futbolçusu Araz Abdullayev uzun müddət sonra zədədən dönüb.

“Qarabağ”la sentyabrın 26-da keçirilmiş oyunda zədələnmiş yarımmüdafiəçi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutmuş “Qaradağ Lökbatan”la görüşdə məhsuldar ötürmə ilə yadda qalıb. Matçın 59-cu dəqiqəsində meydana çıxan Araz Abdullayev bundan 3 dəqiqə sonra Elşən Abdullayevin qol vurması üçün gözəl ötürmə edib. Futbolçu oyundan sonra Neftçi TV-yə danışıb:

“Neftçi” azarkeşlərini təbrik edirəm. Zədə üzündən çoxdandır oynamırdım. Bu günkü oyunda mənə şans verdiyinə görə baş məşqçiyə minnətdarlığımı bildirirəm. Meydana çox istəkli çıxmışdım. Komandamız hesabda öndə idi, buna görə də daha rahat oynadım. Qarşıdan “Zirə” ilə oyun gəlir. Çalışacağıq ki, bu matçda da maksimum nəticə qazanaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR