Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın xalq artisti Belarusa gedir

Azərbaycanın xalq artisti Belarusa gedir

Date: 3 December 2015 17:24

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycanın xalq artisti Samir Cəfərov dekabrın 16-dan 20-nə qədər  Belarusun paytaxtı Minskdə qastrol səfərində olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, S. Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI Beynəlxalq Milad Opera forumunda iştirak edəcək: “Son illərdə Milad Opera forumu Belarus Respublikasının mədəni həyatında əsas musiqi tədbirlərindən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olur. Forum çərçivəsində keçirilən tamaşa və konsertlərdə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar qonaq olur, premyeralar və Qala konsertlər keçirilir”.

Azərbaycanlı sənətçiləri – Azərbaycanın Xalq artisti Əli Əsgərov 2013-cü ildə, Əməkdar artist Afaq Abbasova isə 2014-cü ildə bu möhtəşəm tədbirə dəvət olunub və böyük uğurla çıxış  ediblər. 


Tags:  Azərbaycanın xalq artisti Belarusa gedir

RƏYLƏR


Top news