Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Emil Balayev: "Azərbaycana qayıtmaq barədə düşünmürəm" (Müsahibə)

Emil Balayev: "Azərbaycana qayıtmaq barədə düşünmürəm" (Müsahibə)

Date: 3 December 2015 17:26

Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayevin Azerisport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Çoxdandır Bakıdasınız?
- Artıq 25 gündür buradayam. İki dəfə əməliyyat olundum. Buna görə yanvar ayına kimi məşq edə bilməyəcəyəm. Futbolçu əməliyyatdan sonra hətta bərpa prosesi keçmək üçün də məşq edə bilmirsə, onun evə qayıtması daha məqsədəuyğundur. Adətən, bütün futbolçular məhz belə edirlər. Ona görə də klub rəhbərliyi ilə danışıb, evə qayıtmağım üçün icazə aldım.

- Amma bu 25 gündə ilk dəfə "Neftçi"nin "Qaradağ Lökbatan"la oyununda göründünüz...
- Mən "Neftçi"nin "Qarabağ"a qarşı oyununda da stadionda idim.

- "Neftçi" kubok görüşündə 8:0 hesablı qələbə qazandı. Almaniyada da belə nəticələr tez-tez qeydə alınır?
- Almaniyada aşağı liqa klubları Bundesliqa təmsilçilərinə qarşı oynayanda onlarda istək daha çox olur. Məhz bunun sayəsində bəzən elita təmsilçilərini mübarizədən kənarlaşdırmağı da bacarırlar.

- Amma "Qaradağ Lökbatan"ın bu oyunda "Neftçi"yə qalib gəlmək istədiyi hiss olunmurdu...
- Bunun səbəbini mən bilmirəm. Ola bilsin ki, səviyyə fərqi sözünü dedi və ona görə belə nəticə qeydə alındı. İstənilən halda hesab hər şeydən xəbər verir.

- Niyə ancaq "Neftçi"nin oyunlarını izləyirsiniz?
- Elşən Abdullayevi dəstəkləmək üçün (gülür). Düzünü deyim ki, ötən tur "Qarabağ"la "Neftçi" arasındakı oyun turun ən maraqlı görüşü idi. Belə bir oyunu buraxmaq istəmədim.

- Əsgər Abdullayevin baş məşqçi təyinatından sonrakı "Neftçi"nin oyunu barədə nə deyə bilərsiniz?
- Onun gəlişindən sonra komandada canlanma var. Deməzdim ki, oyun üslubları, taktikaları çox dəyişilib. Amma komandada mübarizə aparmaq istəyi artıb. Əsgər Abdullayev komandanı motivasiya etməyi bacarır.

- "Neftçi"yə qayıtmaq barədə düşünmürsünüz?
- Nəsə olsa, bundan hamının xəbəri olar.

- Amma son dövrlər adınız daha çox "Qarabağ"la birgə hallanır...
- Bu barədə oxumuşam. Amma bu cür xəbərlərin haradan meydana gəldiyini özüm də bilmirəm.

- Deməli, yalandır?
- Düz olsaydı, ən azından özümün xəbərim olardı. Azərbaycan çempionatına qayıtmağı heç düşünməmişəm də. Özü də zədədən qayıtmağıma az qaldığı bir vaxtda.

- Bu mövsümü də boşa verdiyinizi söyləmək olar?
- Təəssüf ki, bəli. Amma bu, hər şeyin sonu deyil. Mümkün qədər tez sağalmağa və forma yığmağa çalışıram. Yanvarın əvvəlində Almaniyaya qayıdacağam. Oradan da komanda ilə birgə Əbu-Dabiyə təlim-məşq toplanışına yollanacağam.


Tags:  Emil Balayev Azerbaycana qayitmaq Ayntraxt musahibe

RƏYLƏR


Top news