Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri ilə görüşüb

Date: 3 December 2015 17:32

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verərək, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tags:  Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri görüşüb


RƏYLƏR


Top news