Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Siyavuş Novruzov: Din xadiminin əlində heç vaxt silah olmaz

Date: 3 December 2015 17:33


Bakı, 3 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının birgə toplantısında çıxış edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dövlət- din münasibətləri ən yüksək səviyyədə qurulub və inkişaf edir. Bu münasibətlərdə heç bir problem yoxdur. Bir qrup insanın din pərdəsi altında dövlətimizin quruluşunu dəyişmək cəhdi yolverilməzdir. Başqa ölkənin dövlət-din modelini Azərbaycana gətirmək istəyən insanlar səhv yoldadırlar.
Komitə sədri deyib: “Adətən biz görmüşük ki, din xadiminin əlində “Qurani-Kərim” və digər müqəddəs kitablar olar. Din xadiminin əlində heç vaxt silah olmaz. Aydın məsələdir ki, bu adamlar din pərdəsi altında başqa məqsədlərə xidmət edirlər. Onlar Azərbaycanda terror aktı həyata keçirmək istəyirlər. Azərbaycanın dövlət quruluşunu dəyişməyə cəhd edirlər. İslam dini terroru qadağan edir. Bizim dinimizlə terrorun heç bir bağlılığı yoxdur. Bu müqəddəs kitabımızda, peyğəmbərimizin tövsiyələrində birbaşa göstərilir. Onların bu addımları İslama ləkə gətirməkdən başqa bir şey deyil”.
S.Novruzov qeyd edib ki, bu gün dünyada İslam dini ilə bağlı ən mötəbər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu yaxınlarda ISESCO-nun növbəti iclası Bakıda keçirildi. İslam dünyasının tanınmış simaları ölkəmizə gəldilər, bu tədbirdə iştirak etdilər. Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycanda dinlə bağlı heç bir problem yoxdur.

Tags:  Siyavuş Novruzov Din xadiminin əlində heç vaxt silah olmaz



RƏYLƏR


Top news