İrandan Azərbaycana psixotrop maddə keçirməyə cəhdin qarşısı alınıb

İrandan Azərbaycana psixotrop maddə keçirməyə cəhdin qarşısı alınıb
17:38 3 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana psixotrop maddə keçirməyə cəhdin qarşısı alınıb.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İlham Fərzəliyevə məxsus sellofan torbanın və iki ədəd tava qutusunun içərisindən, ümumilikdə 1400 ədəd həbdən ibarət klonazepam adlı dərman preparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, klonazepam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və aşkar olunan 1400 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2464785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR