Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Adam Mitskeviç adına Universitetdə Azərbaycana həsr edilən tədbirlərin keçirilməsi planlaşdırılır

Adam Mitskeviç adına Universitetdə Azərbaycana həsr edilən tədbirlərin keçirilməsi planlaşdırılır

Date: 3 December 2015 17:38


Varşava, 3 dekabr, AZƏRTAC 
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Adam Mitskeviç adına Universitetin rəhbərliyinin dəvəti ilə Poznan şəhərində olub.
Səfər çərçivəsində universitetin rektoru, professor Marek Boyarski, tədqiqatlar və beynəlxalq əməkdaşlıq üzrə prorektor Yatsek Vitkos, tarix fakültəsinin dekanı Kazimej İlski və universitetin nəzdində Şərq İnstitutunun direktoru, professor Kşiştof Piyetkiyeviçlə görüşlər keçirilib.
Görüşlərin əsas mövzusu universitet tələblərinin Azərbaycanın qədim dövr və müasir tarixi haqqında məlumatlandırılması olub. Danışıqlarda universitetdə il ərzində Azərbaycana həsr edilən silsilə tədbirlərin keçirilməsinə dair razılıq əldə edilib.
Səfir H.Həsənov Adam Mitskeviç adına Universitetin Şərq İnstitutunun müəllim və tələbələri qarşısında “Azərbaycan-Polşa əlaqələrinin tarixi” mövzusunda məruzə ilə çıxış edib. Səfir iki ölkə arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən, son illər Azərbaycanın qazandığı uğurlar danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Tags:  Adam Mitskeviç adına Universitetdə Azərbaycana həsr edilən tədbirlərin keçirilməsi planlaşdırılır


RƏYLƏR


Top news