Avropalı diplomatlar Bakı Limanında olublar

17:43 3 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən avropalı diplomatlar Bakı Limanında olublar
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də Avropa İttifaqına üzv dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələrindən ibarət heyət Bakının Qaradağ rayonun Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanına səfər edib. Görüşdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi ilə yanaşı, Avstriya, Belçika, Niderland Krallığı, Rumıniya, İsveç, Yunanıstan, Böyük Britaniya, Danimarka, Almaniya və İspaniyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak ediblər.
Görüş çərçivəsində qonaqlar Bakı Limanı ilə tanış olub, limanın ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr ətrafında müzakirələr aparıb və limanın inkişaf strategiyası haqqında məlumat əldə ediblər. Bununla yanaşı, qonaqlara Bakı Limanının Şərqdən Qərbə və Şimaldan Cənuba gedən iki çox mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə tarixi İpək Yolunun canlanmasında oynayacağı roldan bəhs edilib, limanın tikinti fazaları və burada yaradılacaq Beynəlxalq Logistika və Ticarət Zonası haqqında ətraflı məlumat verilib, qonaqların və mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Hal-hazırda, Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropali_diplomatlar_Baki_Limaninda_olublar-907984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR