"Azercell" şirkəti yeni güzəşt kampaniyası keçirir

17:47 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Şirkətdən “Report”a bildirilib ki, kampaniya çərçivəsində 3 manat və ya daha yüksək nominallı "SimSim" danışıq kartı yükləyən hər kəs növbəti 7 gündən birini “Azercell” ilə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildiriləcək. Kampaniyaya qoşulmuş abunəçi, bu kampaniyaya yenidən ən son yükləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər.
Qeyd edilib ki, pulsuz danışıq günündə abunəçinin şəbəkədaxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Kampaniyaya qoşulan abunəçilər 1010 qısa nömrəsinə boş SMS göndərməklə pulsuz danışıq günləri haqda daha ətraflı məlumat əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azercell-sirketi-yeni-guzest-kampaniyasi-kecirir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR