Multikulturalizm Mərkəzi Frayburq Universitetində monitorinq keçirib

Multikulturalizm Mərkəzi Frayburq Universitetində monitorinq keçirib
17:49 3 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır. Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, fənnin xarici ölkələrdə növbəti monitorinqi İsveçrənin Frayburq Universitetində mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov aparıb. Monitorinq zamanı professor A. Məmmədov universitetin 20 tələbəsinə “Azərbaycanda linqvistik rəngarənglik Azərbaycan multikulturalizminin komponenti kimi” mövzusunda mühazirə oxuyub.

 

Mühazirə zamanı Azərbaycan çoxdilliliyinin tarixi, siyasi aspektləri, fərdi və cəmiyyətdəki çoxdilliliyin ölkəmizdəki multikultural və tolerantlıq şəraitinə təsiri haqqında söhbət açılıb. Mühazirənin ikinci hissəsi interaktiv diskussiya şəklində keçib, tələbələrin sualları cavablandırılıb. Etnik qrupların dillərinin işlənilməsi və dillərinin inkişafı kimi məsələlər işıqlandırılıb. Tədris materialı kimi bir neçə mənbədən o cümlədən hələ 2009-cu ildə nəşr olunan “Dinin sosiologiyası” beynəlxalq jurnalın Azərbaycandakı din situasiyasına həsr olunmuş xüsusi nömrəsi təqdim olunub.

 

İcraçı katib tələbələrin açıq şəkildə fənnə və ölkəmizə böyük marağı olduğunu bildirib və onların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək arzuları olduğunu bildirib.

 

Sonra professor Frayburq universitetinin professoru Ansqar Qodike ilə görüşüb. A. Qodike bu fənnin təkcə Frayburq yox, digər universitet tələbələri tərəfindən də seçilib böyük maraqla dinləndiyini vurğulayıb. 

 

Görüşdə Azərbaycan multikulturalizmi fənninin tədrisinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Azərbaycan multikulturalizmi fənni İsveçrənin Frayburq Universitetində 20 tələbəyə bu ilin payız semestrindən başlayaraq Kamal Qasımov tərəfindən tədris edilir. Mərkəzin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR