Azərbaycan Çin ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığını genişləndirir

Azərbaycan Çin ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığını genişləndirir
17:53 3 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Çin ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığını genişləndirir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Pekində keçirilən 5-ci iclası çərçivəsində ABOEMDA-nın sədri Akim Bədəlov Çinin energetika üzrə dövlət qurumları və qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Akim Bədəlovun Çin Xalq Respublikasının Milli Energetika Administrasiyası, həmçinin Yaşıl Enerji Şirkəti, “Powerchina” Enerji Tikinti Korporasiyası, “Hanergy Holding” Qrupu ilə görüşlərində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsində tərəflərin yüksək maraqlı olduğu vurğulanıb.
Görüşlərdə Çin ilə alternativ və bərpa olunan enerji mənbələri sahəsi üzrə təcrübə mübadiləsi, istehsal sahələrinin layihələndirilməsi və tikintisi, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Çinin enerji şirkətləri ABOEMDA tərəfindən həyata keçirilən layihələrə, bu istiqamətdə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması üzrə sərmayə qoyuluşuna maraqlı olduqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_CHin_ile_alternativ_ve_berpa_olunan_enerji_sahesinde_emekdasligini_genislendirir-907989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR