Bakı Limanı tələbələr üçün təcrübə proqramı elan edir

Bakı Limanı tələbələr üçün təcrübə proqramı elan edir
17:58 3 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Limanı tələbələr üçün təcrübə proqramı elan edir.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi limanla ətraflı tanış olmaq, logistika sahəsində karyera qurmaq arzusunda olan tələbələrə cəmiyyətin müxtəlif layihələrində iştirak edərək, praktik təcrübə qazanmaq imkanı yaratmaqdır.
Bu proqram həm də Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biridir.
Bakı Limanının Təcrübə Proqramında iştirak etmək üçün ərizələrin qəbulu 2015-ci il dekabrın 15-dək davam edəcək. Maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) office@portofbaku.com elektron ünvanına göndərə bilərlər. Tələbələrdən mövzu yerində “Bakı Limanı Təcrübə Proqramı” sözlərini qeyd etmələri xahiş olunur.
Seçim zamanı kommunikasiya, marketinq və beynəlxalq münasibətlər sahələri üzrə təhsil alan, o cümlədən xarici dil bilikləri olan tələbələrə üstünlük veriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Limani_telebeler_uchun_tecrube_proqrami_elan_edir-907992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR