"Beynəlxalq torpaq ili" çərçivəsində məktəblilərin elmi konfransı keçirilir (FOTO)

"Beynəlxalq torpaq ili" çərçivəsində məktəblilərin elmi konfransı keçirilir (FOTO)
18:03 3 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə, AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaq və su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin mühafizəsi üzrə Elmi Şura ilə birlikdə BMT tərəfindən elan edilmiş 2015-ci il “Beynəlxalq Torpaq ili” çərçivəsində məktəblilər üçün qış məktəbi və “Torpaq ekologiyası” mövzusunda konfrans keçirilir.

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzindən Trend-ə verilən məlumata görə, qış məktəbi və konfrans Bakı şəhərində Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 20 pilot orta məktəb-liseyində fəaliyyət göstərən “Ekoklub”ların üzvlərindən ibarət olan 70 nəfər V-VII sinif şagirdləri iştirak edir. Qış məktəbi çərçivəsində elmi-ekoloji konfransın keçirilməsində əsas məqsəd məktəblilərin AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqların ekologiyası mövzusu üzrə aparılan elmi-tədqiqat təcrübə işləri ilə tanış edilməsi, onlarda torpaqşünaslıq elminə marağın artırılmasıdır.

Konfrans AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2-4 dekabr 2015-ci il tarixdə keçirilir.

Gənc tədqiqatçılara təqdim olunan seçimlər nəzərə alınaraq konfransda müxtəlif aşağıdakı elmi bölmələr: “Torpaqların canlı biotası”, “Torpaq bizim sərvətimizdir (Azərbaycanın torpaq ehtiyatları)”, “Torpaq və insan sağlamlığı”, “Torpaqların deqradasiyası və çirklənməsi”, “Torpaqların mühafizəsi və səmərəli istifadəsi”, “Torpaqların ekoloji funksiyaları” hazırlanmışdır. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar sertifikatlara layiq görülüblər.

Konfrans zamanı Azərbaycanda torpaqşünaslıq və aqrokimya elminin inkişaf tarixinə həsr olunmuş aparıcı alimlərin məruzələri dinlənilib, institutun Torpaq muzeyi, laboratoriyaları və tədqiqat istiqamətləri ilə tanışlıq olub.

Dekabrın 4-dək davam edən konfransın sonunda tanınmış alimlərin ekspert rəyləri və müvafiq seksiyalar üzrə konfrans iştirakçılarının ən dəyərli məruzələrinə əsasən seçilmiş tədqiqatçıllar diplomlarla təltif olunacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR