Hesablama Palatası kollegiyasının növbəti iclası

Hesablama Palatası kollegiyasının növbəti iclası
18:08 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna; dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin istifadəsinə; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Saatlı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
İclasda, həmçinin hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hesablama_Palatasi_kollegiyasinin_novbeti_iclasi-907997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR