"Bir səbət tənhalıq" İrana dəvət alıb - FOTO

"Bir səbət tənhalıq" İrana dəvət alıb - FOTO
18:12 3 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasına qastrol səfəri edəcək. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata gğrə, Qərbi Azərbaycan əyalətinin mərkəzi olan və İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsindən teatra gələn dəvət məktubuna əsasən, qastrol səfəri çərçivəsində "Bir səbət tənhalıq" tamaşası nümayiş etdiriləcək.

2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilmiş tamaşa ötən il Türkiyə Cumhuriyyəti Dənizli bölgəsində keçirilmiş Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək mükafata layiq görülüb.
Məlumat üçün bildirək ki, səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/387327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR