Azərbaycanlı milyonçular Rusiyada sıxışdırılır

Azərbaycanlı milyonçular Rusiyada sıxışdırılır
18:16 3 Dekabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan Azərbaycanlı oliqarxlar Qod Nisanov və Zarah İliyevin adları qalmaqalda hallanır.

ANS PRESS-in məlumatına görə, Moskva ətrafı ərazidə yerləşən oliqarxlara məxsus “Food City” topdan satış mərkəzində saxta spirtli içkilərlə dolu yük maşını aşkar olunub.

Rusiya İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, yük maşınında saxta araq, konyak, rom və şampan şərabı saxlanılıb.

“Yoxlama zamanı saxta spirtli içkilərin hazırlandığı otaqda aşkara olunub. Ora həmçinin təhlükəli məhsulun saxlanılması üçün də istifadə olunub”,- deyə qurumdan bildirilib.

Hüquq-mühafizə organları həmçinin saxta alkoqol məhsullarının üzərinə vurulması üçün nəzərdə tutulan 150 qutu etiket və 140 qutu qapaq tapılıb.

“Food City” ərazisində axtarışlar Rusiya Federasiyasının Cinayət məcəlləsinin “Istehsal, saxlama, təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların paylanılması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma” maddəsi əsasında aparılıb.


“Food City” topdan satış mərkəzi

Noyabrın 7-də Domodedov rayonun iki müxtəlif yerlərində 9 nəfərdən ibarət iki yığıncaq üzvləri zəhərlənib. Onlardan bəziləri “Ləzginka” və “Kızlar” arağı, digərləri – “Bakkardi” içiblər. Saxta içkidən beş nəfər dünyasını dəyişib biri görmə qabiliyyətini itirib. Keçirilən ekspertizanın nəticəsində müəyyən olub ki bu məhlullarda metanol tapılıb.

“Ədalətli Rusiya” partiyasından olan deputat Aleksandr Aqeyev “Food City”də qeydə alınan pozuntu ilə bağlı moskva meri Sergey Sobyanin, RF-ın baş prokiroru Yuri Çaykaya, Rusiya istintaq komitəsinin rəhbəri Aleksandr Bastırkinə, Daxili İşlər Naziri Vladimir Kolokotsevə və “Rospotrebnadzor”un rəhbəri Anna Popovaya müraciət edib.

Moskvada “Food City”ni “yeni Çerkizon” adlandırırlar. Bu mərkəz əslən Azərbaycanlı olan iki dost və tərəfdaş Qod Nisanov və Zarah İliyevə məxsusdur.


Qod Nisanov - Azərbaycanlı milyonçu


Zarah İliyev - Azərbaycanlı milyonçu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR