Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Polkovnikin baş leytenantı döyməsinə DİN-dən REAKSİYA

Polkovnikin baş leytenantı döyməsinə DİN-dən REAKSİYA

Date: 3 December 2015 18:17

Daxili İşlər Nazirliyi 25-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Rafael Albabayev və müavini, mayor Şakir Rüstəmov tərəfindən həmin bölmənin əməliyyat müvəkkili, baş leytenant Səməd Düsturovun döyülməsi məsələsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə qafqazinfo-ya açıqlamasında bildirib ki, hazırda əməliyyat müvəkkili ilə bağlı araşdırmalar aparılır: "Əslində, Səməd Düsturov, ümumiyyətlə, polis orqanlarında xidmət etdiyi qısa müddət ərzində özünü bir əməkdaş kimi mənfi cəhətdən göstərib. Bunun nəticəsi olaraq bir neçə dəfə iş yerini dəyişib, xidməti nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün bir neçə dəfə rəhbərlik tərəfindən cəzalandırılıb. Lakin bu əməkdaş həmin intizam tənbehi tədbirlərindən özü üçün heç bir nəticə çıxarmayıb və həmin hərəkətlərini davam etdirib. Onun döyülməsi kimi qeyd olunan məsələ isə, əslində, Düsturovun növbəti xidməti qəbahətlərindən biridir. Həmin fakt üzrə aparılan yoxlama zamanı əməliyyat müvəkkilinin guya döyülməsi öz təsdiqini tapmayıb.

Hazırda onun barəsində aparılan araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Milli.Az


Tags:  Polkovnikin baş leytenantı döyməsinə DİN-dən REAKSİYA


RƏYLƏR


Top news