Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidentinin tapşırığı ilə Qırğızıstana humanitar yardım göndəriləcək

Date: 3 December 2015 18:23


Bakı, 3 dekabr, AZƏRTAC
Məlum olduğu kimi, cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan vurub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğız Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə müraciət edib.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Tags:  Azərbaycan Prezidentinin tapşırığı Qırğızıstana humanitar yardım göndəriləcək


RƏYLƏR


Top news