Xaçmazlı döyüşçülər beynəlxalq yarışda 4 kəmər qazandılar

Xaçmazlı döyüşçülər beynəlxalq yarışda 4 kəmər qazandılar
18:27 3 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Hövsan Olimpiya İdman Kompleksində Jiu-jitsu üzrə yeniyetmə və gənclər arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Turnirdə Rusiya, Gürcüstan, İran və  Azərbaycandan olan 200-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.

RTV (Region TV) xəbər verir ki, Xaçmaz komandası beynəlxalq yarışa 8 çəki dərəcəsində 11 idmançı ilə qatılıb. Ramin Nəcəfovun yetirmələri çempionatda uğurla çıxış edib. Komanda fərdi keçirilən kəmər döyüşlərində 4 kəmər qazanmağı bacarıb.

Yarışda qalib gələn idmançılar növbəti dünya çempionatının seçim mərhələsinə vəsiqə qazanıb. Hazırda Jiu-jitsu üzrə Xaçmaz komandası dünya çempionatının seçim mərhələsinə hazırlaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR