​“Bakcell” şirkəti “ağıllı avtomobil”ini təqdim edib

​“Bakcell” şirkəti “ağıllı avtomobil”ini təqdim edib
18:32 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ “Bakcell” şirkəti Tesla və 189 Taksi xidməti ilə birlikdə ilk “ağıllı avtomobil” təqdim edib.
Şirkətdən “Report”a bildirilib ki, “Bakcell” Tesla və 189 Taksi xidməti iləbirlikdə “Bakutel 2015” sərgisində öz Wi-Fi internet xidmətinin funksional imkanlarını nümayiş etdirib. Stendin ziyarətçilərinə ən son Tesla avtomobilini və avtomobil texnologiyası ilə mobil operatorun necə birlikdə çalışması nümayiş etdirilib.
Qey edək ki, “Bakcell”in ən böyük korporativ müştərilərindən biri 189 Taksi xidməti “Ulduzum” sadiqlik porqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlər pulsuz olaraq şirkətin yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.
“Bakutel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən abunəçilər “Ulduzum” kodu vasitəsilə 20% endirim əldə ediblər. Eyni zamanda “Ulduzum” guşəsinin ziyarətçiləri monitorda 2D formatında “Rəqəmsal Caynaqlı Kran” (Digital Claw Crane) oyununda proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakcell-sirketi-agilli-avtomobil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR