Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tərtərdə əlillər hər cür qayğı ilə əhatə olunub

Tərtərdə əlillər hər cür qayğı ilə əhatə olunub

Date: 3 December 2015 18:33


Tərtər, 3 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda müxtəlif qruplardan olan 4682 nəfər əlil var. Onlardan 1946-sı əhalinin sosial müdafiəsi mərkəzindən sosial müavinət, 2736-sı isə dövlət sosial müdafiə fondunun rayon şöbəsindən pensiya alır.
Rayonda əlillərin müalicəsi və reabilitasiyası, eləcə də sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tərtər şəhərində Qarabağ müharibəsi veteranları və əlillər üçün ümumilikdə 94 mənzildən ibarət yaşayış binaları tikilərək istifadəyə verilib. Hazırda rayonda 10 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilir.
AZƏRTAC xəbər verir ki, bu barədə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Tərtər rayonunda keçirilən tədbirdə məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da əlillər dispanser nəzarətinə götürülüb. Müalicəyə ehtiyacı olanlar müxtəlif sanatoriyalara göndərilir. Qarabağ müharibəsi, Çernobıl qəzasının aradan qaldırılması zamanı əlil olanlara əlavə pay torpağı ayrılıb. Çenobıl əlillərinin hər birinə ildə 160 manat müalicə pulu, 200 manat birdəfəlik müavinət verilir. Əlil uşaqlar fərdi təhsilə cəlb olunur.
Çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir bayram süfrəsi arxasında, konsert proqramı ilə davam edib.


Tags:  Tərtərdə əlillər hər cür qayğı əhatə olunub


RƏYLƏR


Top news