"Artıq Azərbaycan millisinə qarşı oynamaq asan deyil"

"Artıq Azərbaycan millisinə qarşı oynamaq asan deyil"
18:37 3 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan San Marino kateqoriyalı komanda deyil" - "Real"ın ulduzu (27 Mart 2017 15:47)

Milli.Az Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkininaffa.az saytına müsahibəsini təqdim edir.

- Bir müddət əvvəl əməliyyat olunmusunuz. Hazırda özünüzü necə hiss edirsiniz?

- Qorxulu bir əməliyyat deyildi. Gördüyünüz kimi, çox yaxşıyam. Hər şey geridə qaldı. Əməliyyatdan sonra həkim məsləhəti ilə bir gün xəstəxanada qaldım. Artıq iki gündür iş başındayam.

- Azərbaycanda fəaliyyətinizin bir ili tamam oldu. Bu müddətdə görülən işləri necə qiymətləndirirsiniz?

- Yaxşı qiymətləndirə bilərəm. Milli komanda yaxşı futbol nümayiş etdirməyə başlayıb. Gənc oyunçular milliyə dəvət olunub, onlara şans verilib. Azərbaycan futbolu inkişaf etmək üçün düzgün yoldadır.

- Milli komanda üçün 2015-ci ili necə dəyərləndirirsiniz?

- Məncə, 1 il kimi qısa müddətdə çox şeyi dəyişə bildik. Narazı qaldığım yeganə oyun Bolqarıstan yığması ilə qarşılaşma olub. Xırdalıqları xatırlatmaq istəmirəm. Xorvatiya, Norveç kimi güclü rəqiblərlə oyunlarda xal qazanmağı bacardıq. Malta yığmasına evdə qalib gəlib, səfərdə heç-heçə etdik. Hərçənd həmin görüşdə rəqibdən aşkar üstün futbol nümayiş etdirmişdik, qələbə qazanmalıydıq. Moldova yığması ilə yoldaşlıq görüşündən qalib ayrıldıq. Həmin oyunda ilk dəfə dörd yeni futbolçuya şans verdim. Təkcə nəticə deyil, həm də nümayiş etdirdiyimiz futbol məni qane etdi. Nəzərə almaq lazımdır ki, Moldova yığmasıyla oyunda əsas heyətin bir neçə üzvü oynamırdı.

- İlk açıqlamalarınızda əsas işinizin futbolçuların özünəinam hissini qaytarmaq olduğunu bildirmişdiniz. Bu istəyinizə nail olmusunuzmu?

- Əldə etdiyimiz nəticələrlə bunu müəyyənləşdirmək olar. Bəli, futbolçuların özlərinə inamını qaytara bildik. Seçmə mərhələyə çox pis başlamışdıq. Ardıcıl məğlubiyyətlərdən sonra futbolçuların psixoloji problemlərinin olması təbii haldır. Malta yığması ilə oyundan əvvəl oyunçulara, mənə, eləcə də AFFA-ya çox təzyiqlər vardı. Həmin qələbədən sonra işləmək asan oldu. Dediyim kimi, ardınca Norveç və Xorvatiya yığmalarına qarşı inamlı mübarizə aparıb heç-heçəyə nail olduq. Müsbət nəticələrə baxmayaraq, bununla kifayətlənmək niyyətində deyilik. Daha səylə çalışmalıyıq. DÇ-2018-in seçmə mərhələsində güclü komandaların yer aldığı qrupa düşmüşük. Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya kimi güclü komandalara qarşı mübarizə aparacağıq. Qrupun favoriti hesab olunan Almaniya millisini çıxmaq şərtilə, istənilən komandaya qarşı oynaya bilərik. Bunu oyunçularımla yanaşı, rəqiblərimiz də yaxşı bilirlər. Artıq Azərbaycan millisinə qarşı oynamaq asan deyil.

- Ötən müddətdə nəyi dəyişmək istəyirdiniz, lakin dəyişə bilmədiniz?

- Çox şeyi dəyişmişik. Daha yaxşı oynaya bilərdik. Ola bilsin, bu istəyimi hələ tam həyata keçirə bilməmişəm. Hazırda bunun üzərində çalışırıq. Məqsədimiz daha yaxşı futbol nümayiş etdirməkdir. Oyunçuların potensialını nəzərə alaraq mən buna inanıram.

- Milli komandanın 2016-cı il üçün hazırlıq planı məlumdurmu? Ümumiyyətlə, növbəti ildə komandada nə kimi dəyişikliklər gözləmək olar?

- Mən və köməkçilərim klublarımızın qış təlim-məşq toplanışını, keçirdikləri yoxlama oyunlarını izləyəcəyik, məşqçilərlə görüşümüz olacaq.

- Aşağı yaş qruplarından ibarət yığma komandaları da diqqət mərkəzində saxlayırsınız, məşqçiləri ilə mütəmadi görüşlər keçirirsiniz. Onların çıxışları və əldə etdiyi nəticələr gələcəyə nikbin baxmağa əsas verirmi?

- Bu yaş qruplarında nəticələrin elə bir əhəmiyyəti yoxdur. Aşağı yaş qruplarından ibarət yığmaların əsas məqsədi milli komandaya oyunçu hazırlamaqdır. Elə oyunçular var ki, əsas milli komandaya dəvət almaqla yanaşı U-21-in və U-19-un da formasını geyinirlər. Namiq Ələgərov 1995-ci il təvəllüdlüdür. U-19-un formasını geyinir. Təəssüflər olsun ki, ciddi zədə səbəbindən uzun müddət oynaya bilmədi. Elnur Cəfərov, demək olar ki, millinin hər toplanışına dəvət olunur. O da U-19-un üzvüdür. Elvin Camalov, Coşqun Diniyev U-21-in formasını geyinirlər. Bunları nəzərə alaraq, deyə bilərəm ki, gələcəyə nikbin baxmağa dəyər.

- Topaz Premyer Liqasında qış fasiləsinə az qalıb. Çempionatdakı mübarizə, komandaların oyunları, futbolçuların hazırlıq səviyyəsi sizi qane edirmi?

- Xeyr, qane etmir. Mövsümün əvvəlində hamı deyirdi ki, "Qəbələ" bu il nəsə edə bilər. Hazırda lider "Qarabağ"dan 8 xal geri qalır. Bir çox mütəxəssis "Neftçi"nin "Qarabağ"la rəqabət aparacağını düşünürdü. Təəssüf ki, "Neftçi" istədiyi futbolu nümayiş etdirə bilmir. Digər tərəfdən, sevindirici haldır ki, Premyer Liqa təcrübəsi olmayan "Zirə" komandası diqqəti cəlb edir. "İnter"in ötən mövsümlə müqayisədə nəticələri yaxşı olsa da, oyun baxımından geri qalır. Son oyunlarda "Sumqayıt"la "Rəvan" yaxşı nəticələr əldə edir. Əlbəttə, AZAL-ı unutmaq olmaz. Hesab edirəm ki, komandaların vəziyyəti bundan da yaxşı ola bilərdi. "Neftçi", "Xəzər Lənkəran" kimi komandalar əvvəlki kimi güclü olmalıdır ki, çempionatda rəqabət daha da artsın.

- Avropa Liqasında mübarizə aparan komandalarımızın çıxışlarını necə qiymətləndirirsiniz?

- Hər iki təmsilçimiz güclü komandaların yer aldığı qrupda mübarizə apardı. Almaniya nəhəngi "Borussiya" ilə oyunlar "Qəbələ" üçün yaxşı təcrübə oldu. "Qəbələ"nin qrup mərhələsində mübarizə aparması özü böyük uğurdur. Nəzəri cəhətdən "Qarabağ"ın şansı davam edir. Çox çətin olacaq. Belçika futbolu haqda danışanda ilk ağıla gələn komanda "Anderlext"dir. "Qarabağ" rəqibini səfərdə məğlub etməklə yanaşı, digər oyunun nəticəsini də gözləməlidir. "Tottenhem", "Monako" kimi komandalarla oyunlar göstərdi ki, "Qarabağ" istənilən rəqiblə mübarizə aparmağa qadirdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu da oldu - 700 illik mağaradan lüks ev - FOTO

26 Aprel 2017 23:42

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

26 Aprel 2017 23:42

Liviya Avropa İttifaqından yardım istəyir

26 Aprel 2017 23:38

"Konteyə dedim ki..."

26 Aprel 2017 23:37

Hər gün tərxun yeyin! - 7 SƏBƏB

26 Aprel 2017 23:32

Şöhrətləri ilə bərabər gözəllikləri də artan ulduzlar - FOTO

26 Aprel 2017 23:32

Tailandda qasırğa xəbərdarlığı verilib

26 Aprel 2017 23:27

Cennifer sevgilisi ilə - FOTO

26 Aprel 2017 23:27

"Barselona" "Osasuna"nı darmadağın etdi -

26 Aprel 2017 23:25

Ərini elə qucaqladı ki... - FOTO

26 Aprel 2017 23:22

"Xavi mənim düşmənimdir"

26 Aprel 2017 23:22

Makronun sevgi macərası - FOTOLAR

26 Aprel 2017 23:18

İki uşağının atası ilə 8 il sonra ailə qurdu - FOTO

26 Aprel 2017 23:17

DÇ-2018-də bu yenilikdən istifadə ediləcək

26 Aprel 2017 23:14

Mariya Şarapova cəzadan sonra ilk oyunundan qalib ayrılıb

26 Aprel 2017 23:12

FİFA prezidenti: "DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq"

26 Aprel 2017 23:12

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident: 10 sərhədçi ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 23:05

Nəfəsalma sisteminizin yaşını təyin edin - TEST

26 Aprel 2017 23:05

Ledi Qaqanı bir də belə görün - FOTO

26 Aprel 2017 23:05

Lənkəranda qəza:1 ölü, 2 yaralı

26 Aprel 2017 22:59

"Təsəvvür etməzsiniz, PSG "Barselona"dan 6-cı qolu buraxanda necə qışqırmışdım"

26 Aprel 2017 22:58

Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirildi

26 Aprel 2017 22:58

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasiminin əsas məşqi keçirilib - FOTOREPORTAJ

26 Aprel 2017 22:57

Təcrübəli mütəxəssis Hollandiya millisində işləməkdən imtina edib

26 Aprel 2017 22:57

Qaraciyəri XƏRÇƏNGDƏN qoruya biləcək 4 QİDA

26 Aprel 2017 22:57

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

26 Aprel 2017 22:52

Pakistan sərhədində silahlı hücum:

26 Aprel 2017 22:50

Qocalmaqdan qorxmayan Monika Belluççidən yarıçılpaq fotosessiya

26 Aprel 2017 22:47

Azərbaycanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

26 Aprel 2017 22:42

Fanatlarına görə bunu da edəcək - FOTO

26 Aprel 2017 22:42

Astarada ölümlə nəticələnən qəza - FOTO

26 Aprel 2017 22:38

Avropada EPİDEMİYA: bu 14 ölkədən uzaq durun - SİYAHI

26 Aprel 2017 22:37

Azərbaycanda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

26 Aprel 2017 22:37

Hadisə hicab bağladı - FOTO

26 Aprel 2017 22:37

Astarada maşın velosipedçini vurub öldürdü

26 Aprel 2017 22:29

“Qarabağ”ın hücumçusu ən yaxşı legioner seçildi

26 Aprel 2017 22:28

Teymur Rəcəbov:

26 Aprel 2017 22:27

Demet Akalın və Hande Yener barışır - "Onu sevirəm"

26 Aprel 2017 22:22

Məşhur gözəli görənlər tanıya bilmədi - FOTO

26 Aprel 2017 22:22

"Oskar"lı rejissor vəfat etdi

26 Aprel 2017 22:22

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26 Aprel 2017 22:19

Türkiyə PKK-nın obyektlərini bombaladı

26 Aprel 2017 22:13

Azərbaycanda köhnə avtomobillər istifadədən yığışdırıla bilər - TƏKLİF

26 Aprel 2017 22:12

Bakıda yanğın olub

26 Aprel 2017 22:12

Türkiyə HHQ-i İraqda PKK obyektlərinə zərbə endiriblər

26 Aprel 2017 22:12

ABŞ qitələrarası balestiki raketi sınaqdan keçirdi

26 Aprel 2017 22:07

Azərbaycanlı aktrisa: "Əgər mənə yaraşırsa, niyə də açıq-saçıq libaslar geyinməyim?" - FOTO

26 Aprel 2017 22:05

Şampuna bunu əlavə edin - Saçları gücləndirir

26 Aprel 2017 22:05

Fatimə ACIQ VERDİ: "Bəzi arvadlar kimi ərimi saxlamıram"

26 Aprel 2017 22:05

Mübarizənin növbəti raundu - Dünyanı məhv edə biləcək TRİADA

26 Aprel 2017 22:03