Yasamal rayonunda əlillərə bayram süfrəsi açılıb

Yasamal rayonunda əlillərə bayram süfrəsi açılıb
18:38 3 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Bakının Yasamal rayonunda 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq əlilləri bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb.
İ.Mehdiyev əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayaraq deyib ki, dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Fondun "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi çərçivəsində zəif görən uşaqlar üçün respublika internat məktəbində gördüyü işlər Mehriban Əliyevanın bu qəbildən olan insanlara qayğısının göstəricisidir.
Tədbirdə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Yusif Xəlilov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Kərim Kərimov və başqaları çıxış edərək sürətlə inkişaf edən ölkəmizdə əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından bəhs ediblər.
Musiqili konsert proqramı ilə davam edən tədbirdə əlillərə bayram süfrəsi açılıb və sovqatlar paylanılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yasamal_rayonunda_elillere_bayram_sufresi_achilib-908015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR