İnstitutun əməkdaşları IV Milli Superkompyuter Forumunda

İnstitutun əməkdaşları IV Milli Superkompyuter Forumunda
18:38 3 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) bir qrup əməkdaşı Rusiyada superkompyuter texnologiyalarının yaradılması və tətbiqi problemlərinə həsr olunan IV Milli Superkompyuter Forumunda iştirak ediblər. Forum Rusiya Elmi Təşkilatlarının Federal Agentliyi və Rusiya Elmlər Akademiyasının Nanotexnologiyalar və İnformasiya Texnologiyaları Bölməsinin dəstəyi ilə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, forumun bölmə iclaslarında İTİ-nin əməkdaşları tərəfindən hazırlanan “Dünya ölkələrinin Big Data strategiyaları” və “Neft-qaz sənayesi üçün Big Data texnologiyalarının perspektivləri və problemləri” mövzusunda məruzələr təqdim edilib.
Tədbirdə superkompyuter mühiti ilə bağlı bütün aspektlər, o cümlədən superkompyuterlərin yaradılması, istehsalı, tətbiqi və istismarı, element bazası, aparat vasitələri və infrastruktur həlləri, sistem proqram təminatı, proqramlaşdırma sistemləri və aralıq səviyyə proqram təminatı, superkompyuter servisləri və superkompyuter texnologiyalarının tətbiqləri, superkompyuter sənayesinin təşkilati və dövlət dəstəyi məsələləri diqqət mərkəzində olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Institutun_emekdaslari_IV_Milli_Superkompyuter_Forumunda-908011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR