Ət alarkən diqqətli olun!

Ət alarkən diqqətli olun!
18:47 3 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bazarlarda, dükanların piştaxtalarında hər növ və hər qiymətdə ət məhsullarına rast gəlmək olur. Bir sıra hallarda alıcılar ətin mənşəyini satıcıdan soruşmaqla kifayətlənirlər. Bu da bəzi işbazların istehlakçıları aldatmasına zəmin yaradır.

RTV (Region TV) xəbər verir ki, mütəxəssislər isə xəbərdarlıq edir ki, qida məhsulları, xüsusilə ət alarkən onun baytar yoxlamasından keçib-keçmədiyinə diqqət yetirmək lazımdır. Bunu məhsulun üzərinə vurulan xüsusi möhürdən bilmək olar. Müxtəlif qiymətli məhsullara gəlincə isə, bazarda qiymət sərbəst şəkildə formalaşdığından onu ətin etibarlı keyfiyyət göstəricisi kimi qəbul etmək doğru deyil.

Digər məsələ isə yol kənarında satılan ət məhsullarıdır ki, onların satışına hər hansı qadağa qoyulmur. Sadəcə, belə yerlərdə satış ilə məşğul olan şəxslər də ətin baytar nəzarətindən keçməsini təmin etməlidirlər.

Ətin keyfiyyətli olub-olmaması bir neçə üsulla müəyyən edilir. Ət satış məntəqələrində baytar nəzarəti həyata keçirən şəxslər öncə onun xarici görünüşünə baxır. Məhsul şübhə doğurarsa, o laboratoriyada biokimyəvi yoxlamalardan keçirilir. Testlərdən mənfi nəticə alınan ətin satışına icazə verilmir və məhsul utilizasiya edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR