Yunanıstanda ümumi tətilə 10 min nəfər qoşulub

18:48 3 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Yunanıstanın ən iri həmkarlar ittifaqı təşkilatları dekabrın 3-də 24 saatlıq ümumi tətil keçirir. İlkin hesablamalara görə, bu tətillərə 10 min nəfərdən çox insan qoşulub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, kommunist həmkarlar ittifaqının təşkil etdiyi nümayişdə 10 min nəfər, özəl müəssisə işçilərinin həmkarlar ittifaqının nümayişində isə 2-3 mindən artıq insan iştirak edir.
Afinanın mərkəzi hissəsindəki bir neçə nöqtədə nümayişçilər polisə yandırıcı maddə ilə dolu şüşələr atıb ki, onlardan biri də ölkənin maliyyə nazirliyinin binasına düşüb.
Etiraz aksiyası parlamentdə 2016-cı il büdcəsinin müzakirəsi ilə bağlıdır. Həmkarlar ittifaqlarının fikrincə, gələn ilin büdcə layihəsi işçilərin həyat şəraitinin bir qədər də ağırlaşmasına gətirib çıxaracaq.
Xatırladaq ki, bu, son zamanlar keçirilən ikinci ümummilli tətildir. Ölkədə Aleksis Tsipras hökumətinin siyasətinə qarşı narazılıq hər gün daha da artır. Əgər sentyabr ayında keçirilən növbədənkənar seçkilərdə hakim SİRİZA partiyası 35,4 faizdən artıq səs toplamağa nail olmuşdusa, bazar günü dərc edilən sosial sorğunun nəticələrinə əsasən, indi onu cəmi 18,4 faiz seçici dəstəkləyir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunanistanda_umumi_tetile_10_min_nefer_qosulub-908022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR