Qaradağda əlillərə ərzaq məhsulları paylanılıb

Qaradağda əlillərə ərzaq məhsulları paylanılıb
18:58 3 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Qaradağ Rayon İcra Hakimiyyətində Beynəlxalq Əlillər Günü münasibətilə rayonun əlil sakinləri ilə görüş keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Beynəlxalq Əlillər Gününün ölkəmizdə rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb.
Qaradağ Rayon Əlillər Cəmiyyətinin sədri Müslüm Nurəliyev tədbir iştirakçıları adından çıxış edərək onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tamhüquqlu üzvü kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığını söyləyib.
Görüşün sonunda Qaradağda yaşayan 100-ə yaxın əlilə ərzaq məhsulları verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradagda_elillere_erzaq_mehsullari_paylanilib-908026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR