"Sənədsiz məktəbli qalmasın" (FOTO)

"Sənədsiz məktəbli qalmasın" (FOTO)
19:03 3 Dekabr 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 3-də “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiyası çərçivəsində Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin şagirdlərinə şəxsiyyət vəsiqələri verilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində sosial xidmət müəssisəsinin 78 şagirdinə şəxsiyyət vəsiqəsi təqdim edilib.

Məqsəd sağlamlıq imkanları məhdud uşaqların “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR