Rəqqasə: "Mənə təklif etdilər ki..." - FOTO

Rəqqasə: "Mənə təklif etdilər ki..." - FOTO
19:05 3 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, "Rəqqasə Renka" ləqəbi ilə tanınan Rəna Ağamuradova "Qafqazinfo"nun kamerası qarşısına keçib. 

Rəqqasəlik sahəsinə yeni qədəm qoyan Rəna bu sahəyə gəlişindən danışıb: "Rəqqasə olmağı uşaq yaşlarımdan arzulamışam, amma valideynlərim icazə verməyib. Hər zaman rəqs edirdim. Çətin günlər oldu, mənə rəqqasəlik etməyi təklif etdilər. O gündən məclislərə rəqqasə kimi gedirəm.

Bakıda rəqqasə Aytən mənə orientalı öyrətdi. Ukranyada da iki həftə kurs keçmişəm. Azərbaycanda ilanla rəqs edən ilk rəqqasəyəm. Əvvəl ilandan qorxurdum, zaman keçdikcə öyrəşdim. Bu işin təhlükəli olduğunu bilirəm. Bir dəfə toyda rəqs etdiyim yerdə ilan boğazıma dolandı, boğuldum. Tez arxaya keçdim, dostlarım ilanı boğazımdan açdılar. İlandan sonra ocaqlarla oynayacam. Şou yaratmaq istəyirəm. Amma Azərbaycanda rəqqasəliyə dəyər vermirlər. Deyirlər ki, "gəl, oyna, get ".

İki uşaq anası "Renka" şəxsi həyatından da bəhs edib: "İki uşağım var, oğlumun 9, qızımın 6 yaşı var. Uşaqlarım ərköyündür, onlarla vaxt keçirməyi sevirəm. 20 yaşımda ailə qurmuşam. O vaxt 20 yaşından sonra ailə qurana "evdəqalmış" kimi baxırdılar".

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/387381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR